
Azərbaycanın cənub sərhədində qanunsuz keçid cəhdinin qarşısı alınıb
Redaksiya1 dəq oxu
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində sərhədi pozmağa cəhd edən üç əcnəbi tutulub.
AzadAzərbaycan xəbər verir ki, ölkəmizin sərhədlərinin qorunması istiqamətində növbəti uğurlu əməliyyat həyata keçirilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən verilən məlumata əsasən, Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti sahəsində əməliyyat-qoşun tədbirləri icra olunub.
İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşı olan 3 nəfər saxlanılıb.
Hadisə ilə əlaqədar olaraq zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.




