
Ukrayna və Moldova arasında hərbi-texniki əməkdaşlıq sazişi imzalanıb
Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənəd tərəflər arasında təcrübə mübadiləsi üçün yeni imkanlar açır.
AzadAzərbaycan xəbər verir ki, Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu barədə Ukraynanın Baş naziri Sergey Koretski Kiyevdə Moldovanın Baş naziri Vasile Tofanla birgə təşkil olunan brifinqdə məlumat verib.
Koretskinin sözlərinə görə, imzalanan sənəd hərbi-texniki sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına şərait yaradır. Eyni zamanda, Ukrayna tərəfi Moldovaya minatəmizləmə koalisiyasında birgə fəaliyyətin genişləndirilməsini təklif edib.
Həmçinin qeyd olunub ki, Moldova Ukrayna ilə daha iki sərhəd-keçid məntəqəsində birgə nəzarət mexanizmini genişləndirməyə hazırdır.




