
Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin yüksək səviyyəli rəsmiləri Tehranda İran rəsmiləri ilə görüşlərə başlayıblar.
AzadAzərbaycan xəbər verir ki, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı general Asim Munir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının Tehranda İran rəsmiləri ilə görüşü başlayıb.
Bundan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri Kəni sözügedən ölkələrin nümayəndələrinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşəcəyini və birgə toplantı keçiriləcəyini açıqlayıb.
Baqiri Kəni vurğulayıb ki, bu iclasda iştirak edən hər üç dövlət İranla birlikdə regionda daxili imkanlara əsaslanan təhlükəsizliyin yaradılması istiqamətində mühüm addımlar ata bilər.




