
Tanınmış müğənni Xəyyam Nisanov yenidən ata olub
Redaksiya1 dəq oxu
Əməkdar artist Xəyyam Nisanov beşinci dəfə ata olub. Sənətçinin bu dəfə də oğlu dünyaya gəlib.
AzadAzərbaycan xəbər verir ki, tanınmış estrada ifaçısı Xəyyam Nisanov yenidən ata sevinci yaşayıb. Müğənni bu barədə televiziya proqramlarının birində qonaq olarkən məlumat verib.
O, cari ildə onun yenidən övladının dünyaya gəldiyini və körpənin oğlan olduğunu bildirib. Sənətçi hər ilin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, məşhur ifaçının bu azyaşlı ilə birlikdə ümumilikdə üç qızı və iki oğlu var.




