
Müğənni Günel Zeynalova qız uşağı övladlığa götürmək arzusundan danışdı
Tanınmış müğənni Günel Zeynalova canlı efirdə qız uşağını övladlığa götürmək istədiyini və bu arzusunu gerçəkləşdirmək üçün uyğun şərait gözlədiyini bildirib.
AzadAzərbaycan xəbər verir ki, tanınmış müğənni Günel Zeynalova canlı yayımda ən böyük şəxsi istəklərindən birini bölüşüb. İfaçı qız uşağını övladlığa götürmək niyyətində olduğunu açıqlayıb.
Sənətçi bildirib ki, bu addımı atmaq fikri hələ də onun gündəmindədir. Körpələrə və uşaqlara qarşı olduqca həssas yanaşdığını qeyd edən Günel Zeynalova bu niyyətini reallaşdırmaq üçün münasib şəraitin yaranmasını gözləyir.
Müğənni açıqlamasında belə bir addımla savab qazanacağına inandığını vurğulayıb: "Hesab edirəm ki, bununla savab bir iş görmüş olaram. Uşaqlara qarşı xüsusilə həssasam. Mümkün şərtlər formalaşsa, bu istəyimi gerçəkləşdirərəm. Bir insanın düşüncəsində səmimi arzu və niyyət varsa, onun həyata keçəcəyinə inanıram".




