
Əməkdar artist Hicran Nəsirova səhhətindən və müalicəsindən danışıb
Uzun müddətdir xəstəliklə mübarizə aparan Əməkdar artist Hicran Nəsirova səhhətindəki problemlər səbəbindən sənətdən uzaq qaldığını bildirib.
AzadAzərbaycan xəbər verir ki, uzun müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alan Əməkdar artist Hicran Nəsirova son vəziyyəti barədə açıqlama verib. O, hazırkı durumunun qeyri-müəyyən olduğunu və ağrılarının arabir səngisə də, yenidən şiddətləndiyini qeyd edib.
Aktrisa gündəlik həyatında ciddi çətinliklərlə qarşılaşdığını vurğulayıb. Onun sözlərinə görə, ayaqüstə durmaqda çətinlik çəkdiyi üçün gününü əsasən uzanaraq keçirir və həkimlərin göstərişi ilə şüa terapiyası kursu alır.
Səhhəti ilə əlaqədar sevimli sənətindən və teatrda işləməkdən uzaq düşdüyünü dilə gətirən sənətçi darıxdığını etiraf edib. O, həmçinin yüksək müalicə xərclərinə toxunaraq maddi çətinlik çəkən insanların necə dözdüyünü düşündüyünü bildirib.




