
Bakıda 25 il əvvəl törədilmiş ağır cinayətin üstü açılib və şübhəli şəxs tutulub
Paytaxtda uzun illər əvvəl qeydə alınan qətl hadisəsinin üstü hüquq-mühafizə orqanlarının birgə əməliyyatı ilə açılıb.
AzadAzərbaycan xəbər verir ki, Bakı şəhərində uzun illər əvvəl baş verən qətlin üstünün açılması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonu ərazisində Həqiqət Məmmədovanın qəsdən öldürülməsi faktı ilə bağlı araşdırmalar nəticə verib.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər sayəsində ağır cinayəti törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rövşən Zeynalov müəyyən olunaraq saxlanılıb və istintaqa təhvil verilib.
Hazırda faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




