
Röya Ayxan məktəb illərindəki qarşılıqsız sevgilərindən danışdı
Xalq artisti Röya Ayxan şəxsi həyatı və məktəb illəri ilə bağlı səmimi etiraflar edib.
Xalq artisti Röya Ayxan şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. Məşhur müğənni məktəb illərini xatırlayaraq həmin dövrdə heç bir sevgi münasibətinin olmadığını bildirib.
Pop ulduz yeniyetməlik çağlarında bir neçə oğlandan xoşu gəldiyini, lakin bu hisslərin qarşılıqlı olmadığını etiraf edib. Sənətçi bəyəndiyi şəxslərin ona heç bir diqqət yetirmədiyini vurğulayıb.
Müğənni Xəyyam Nisanovla eyni təhsil müəssisəsində oxuduğunu da qeyd edib. O, məktəb dövründə sevdiyi şəxslər barədə Xəyyama danışdığını, lakin gənclik illərində real bir sevgi yaşamadığını diqqətə çatdırıb.
Sənətçi əlavə edib ki, heyatındakı bütün uğurlar və insanların diqqəti yalnız məşhurlaşdıqdan sonra onun payına düşüb.




