
Məşhur türk aktyor Güven Kıraç evləndi
Redaksiya1 dəq oxu
Tanınmış Türkiyə aktyoru Güven Kıraç uzun müddətdir birlikdə olduğu Mervenur Topugil ilə ailə həyatı qurub.
Türkiyənin tanınmış sənətçisi Güven Kıraç dörd ildir sevgili olduğu Mervenur Topugil ilə nikah masasına oturub.
Altmış altı yaşlı aktyor yaxın dairənin iştirakı ilə baş tutan sadə mərasimlə evlənib. Cütlük bu münasibəti uzun müddət mediadan gizli saxlayıb.
Yeni evlənən cütlük ötən günlərdə "Uçurtmanın Kuyruğu" səhnə əsərinin qala gecəsinə birlikdə qatılıblar. Onların bu görüntüsü diqqət çəkib.
Xatırladaq ki, təcrübəli aktyor son olaraq populyar "İnci taneleri" serialında tamaşaçı qarşısına çıxıb.




