
Azərbaycan Prezidenti Müdafiə Nazirliyinin hərbçilərinə ali rütbələr verdi
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb.
Ölkə başçısı tərəfindən imzalanan sənədə əsasən, Müdafiə Nazirliyinin bir neçə hərbçisinə general-leytenant və general-mayor ali hərbi rütbələri təqdim olunub.
Sərəncama əsasən, general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova "general-leytenant" hərbi rütbəsi verilib.
Bununla yanaşı, polkovnik Elnur Əli oğlu Ələsgərli, polkovnik Hikmət Rövşən oğlu Əliyev və polkovnik Telman Əsgər oğlu Hüseynova da "general-mayor" ali hərbi rütbəsinə layiq görülüblər.




