
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar
Kardioloqlar sağlamlıq üçün ən təhlükəli qəhvə növünün məhz şəkərli və yüksək kalorili içkilər olduğunu bildiriblər.
AzadAzərbaycan xəbər verir ki, kofein sevərlərin hər gün tükatdığı sevimli içkinin hazırlanma qaydası və tərkibinə qatılan əlavələr ürək-damar sisteminin fəaliyyətinə birbaşa təsir göstərir. Mütəxəssislər xüsusilə şəkərlə zəngin qəhvə növlərinin yaratdığı risklər barədə xəbərdarlıq ediblər.
Mütəxəssislərin fikrincə, qara qəhvənin ölçülü miqdarda, məsələn gündə bir və ya iki fincan qəbul edilməsi ürək sağlamlığına müsbət təsir göstərə bilər. Lakin həddindən artıq kofein qan təzyiqini yüksəldə və ürək döyüntüsünü sürətləndirə bilər.
Kardioloqlar qeyd edirlər ki, ürək üçün ən təhlükəli qəhvə növləri tərkibində həddindən artıq şəkər və doymuş yağlar olan frappuçino və karamelli makkiato kimi içkilərdir. Belə məhsulların mütəmadi istifadəsi piylənmə və metabolik pozğunluqlara yol açır.
Həkimlər qəhvəni təmiz şəkərsiz formada və ya az miqdarda süd əlavə etməklə içməyi məsləhət görürlər. Xüsusilə ürək ritmində pozğunluğu olan insanlara kofein istehlakında diqqətli olmaq tövsiyə edilir.




