
Donald Tramp Rusiya ilə enerji sahəsindəki razılaşmalardan danışıb
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə əldə olunan razılaşmaların təfərrüatlarını açıqlayıb və neft sənayesinin girovuna çevrilməyəcəklərini bildirib.
AzadAzərbaycan xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya ilə Alyaskada təbii qaz və “Lukoyl” şirkəti ilə əlaqədar müzakirə olunan sazişlərin gələcəkdə reallaşa biləcəyini istisna etməyib.
O, Rusiya ilə əldə edilən yeganə razılaşmanın Moskvanın dünya bazarına neft çıxarması ilə bağlı olduğunu qeyd edib. Ağ Ev rəhbəri bu addımın çox uğurlu olduğunu vurğulayıb.
Tramp həmçinin Rusiyada həbsdə olan amerikalı vətəndaşın azadlığa buraxılması məsələsinə toxunub. Onun sözlərinə görə, həmin şəxsin qurtarılması üçün birbaşa Rusiya lideri Vladimir Putinə müraciət edib və heç bir güzəştə qətiyyən getməyib.
Sonda neft sənayesinin girovuna çevrilmək niyyətində olmadığını diqqətə çatdıran ABŞ lideri Rusiya-Ukrayna müharibəsinin ümumiyyətlə başlanmamalı olduğunu və bu qarşıdurmaya mütləq son qoyulmasının vacibliyini qeyd edib.




