
Tramp: İrandakı əməliyyatlardan sonra növbəti hədəfimiz Kuba olacaq
ABŞ Prezidenti Donald Tramp Floridada tərəfdarları qarşısında çıxış edərək ölkəsinin xarici siyasət planlarından danışıb.
AzadAzərbaycan xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranda hərbi əməliyyatların başa çatmasından sonra Kuba məsələsi ilə məşğul olacaqlarını bildirib.
Ağ Ev rəhbəri bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. O, rəhbərlik etdiyi administrasiya dövründə silahlı qüvvələrə rekord həcmdə – trilyonlarla dollar vəsait ayrıldığını vurğulayıb.
Tramp qeyd edib ki, Birləşmiş Ştatlar qlobal miqyasda ən üstün hərbi texnikaya malikdir və bu üstünlük Venesuela ilə İrandakı əməliyyatlarda da özünü açıq şəkildə büruzə verib.
Çıxışının sonunda Kuba ilə bağlı suallara toxunan dövlət başçısı narahatlığa əsas olmadığını bildirərək, İran səfərindən qayıtdıqdan sonra bu istiqamətdə addımlar atılacağını diqqətə çatdırıb.




