
Ermənistan Çexiyadan yeni döyüş təyyarələri aldığını təsdiqlədi
Redaksiya1 dəq oxu
Ermənistanın müdafiə naziri Suren Papikyan Çexiya istehsalı olan hərbi təyyarələrin ölkəyə gətiriləcəyini rəsmən açıqlayıb.
AzadAzərbaycan xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Çexiyadan döyüş təyyarələrinin satın alınması ilə bağlı yayılan xəbərləri təsdiqləyib.
Rəsmi şəxs özünün sosial şəbəkə hesabında L-39 Skyfox tipli qırıcının fotoşəkilini paylaşaraq bu təyyarələrin yaxın vaxtlarda Ermənistan hava məkanında uçuşlar həyata keçirəcəyini bildirib.
Hazırda Çexiyada səfərdə olan nazir yeni hərbi texnika ilə tanış olub və həmin kadrları ölkəsinin aviasiya tarixində əlamətdar günlərdən biri kimi qiymətləndirib.




