
Azərbaycan Premyer Liqasının bəzi klubları cərimələnib
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının VIII turunda baş verən qayda pozuntularına görə "Qarabağ" və "Neftçi" klublarını cərimə edib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İntizam Komitəsi növbəti iclasını keçirərək Misli Premyer Liqasının VIII turunda qeydə alınan pozuntularla bağlı qərarlarını açıqlayıb.
Ağdamın "Qarabağ" klubu azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə cərimələnib. Klub bu səbəbdən 5000 manat məbləğində ziyana düşüb.
Bakının "Neftçi" klubu isə daha çox maliyyə sanksiyası ilə üzləşib. Paytaxt təmsilçisi azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə görə 3000 manat, matç ərzində beş futbolçunun sarı vərəqə ilə cəzalandırılmasına görə isə əlavə 700 manat ödəyəcək.
Bundan əlavə, "Neftçi"nin mətbuat katibi Asəf Zeynallıya xəbərdarlıq edilib. Buna onun stadiona kiçik zərər vurması səbəb olub və dəyən ziyan yerindəcə ödənilib.
Xatırladaq ki, həmin turda baş tutan gərgin Azərbaycan derbisi 3:3 hesabı ilə başa çatmışdı.




