
Elza Seyidcahan taksi sürücüləri ilə dostluğundan və şəxsi həyatından danışıb
Avtomobili olmadığını deyən Əməkdar artist Elza Seyidcahan taksi sürücüləri ilə yaxın münasibətindən və qonaq getdiyindən bəhs edib.
AzadAzərbaycan xəbər verir ki, Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda maraqlı açıqlamaları ilə diqqət çəkib.
Şəxsi avtomobilinin olmadığını və daimi olaraq taksidən istifadə etdiyini bildirən müğənni sürücülərlə çox yaxın dostluq münasibətləri qurduğunu etiraf edib. O, hətta sürücülərdən birinin evinə qonaq getdiyini və evdə onun üçün xüsusi süfrə açıldığını da diqqətə çatdırıb.
Gələcəkdə maşın almaq niyyətində olduğunu qeyd edən sənətçi bildirib ki, kreditə üstünlük vermir və yalnız nəğd ödənişlə cip tipli avtomobil almağı düşünür. O, uşaqlıq illərindən bəri "Niva" markalı avtomobillərə xüsusi rəğbət bəslədiyini də dilə gətirib.




