
ABŞ-ın təqaüdçü generalı Trampın Putindən asılı olduğunu iddia etdi
ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hodjes Donald Trampın Rusiya prezidenti Vladimir Putindən asılı vəziyyətdə olduğunu və onun təsiri altında hərəkət etdiyini iddia edib.
AzadAzərbaycan xəbər verir ki, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, təqaüdçü general Ben Hodjes Almaniya televiziyasında yayımlanan siyasi verilişlərin birində Donald Tramp barədə sərt iddialar irəli sürüb. O, ABŞ-ın sabiq dövlət başçısının Rusiya prezidenti Vladimir Putindən asılı olduğunu bəyan edib.
Keçmiş komandan bildirib ki, əlində rəsmi yazılı sübutlar olmasa da, Trampın maliyyə və ya siyasi maraqlar qarşılığında təsir altına düşməsi açıq-aydın görünür. Hodjesin fikrincə, Tramp ya bu asılılığı etiraf etməli, ya da məsuliyyətdən yayınmaq yollarını axtarmalıdır.
General bir amerikalı kimi ölkəsində heç vaxt mükəmməl prezidentin olmadığını vurğulayıb. Bununla belə, o, həm şəxsən korrupsiyalaşan, həm də ətrafındakıların qanunsuzluqlarına göz yuman bir rəhbərin olmasını böyük rüsvayçılıq adlandırıb.
Mütəxəssislər və media nümayəndələri də Konqres seçkilərindən sonra Tramp administrasiyasına qarşı bəzi araşdırmaların rəsmi cinayət işlərinə çevrilə biləcəyini istisna etmirlər. Xüsusilə energetika sahəsindəki razılaşmalardan sonra Vaşinqtonun kritik dövrdə Ukraynaya dəstəyi zəiflətdiyi diqqətə çatdırılır.




