
Daban çatlamalarının yaranma səbəbləri və aradan qaldırılma yolları
Həm estetik, həm də tibbi narahatlıq yaradan daban çatlaması düzgün qulluq və vaxtında görülən tədbirlərlə aradan qaldırıla bilər.
Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemlərindən biridir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər.
Bu problem xüsusilə uzun müddət ayaq üstə qalan, açıq ayaqqabı geyinən və ya dəri quruluğuna meyilli olan insanlarda daha çox müşahidə olunur. Həmçinin artıq çəki, düzgün olmayan ayaqqabı seçimi, bədənin susuz qalması və bəzi xəstəliklər də bu hala səbəb ola bilər.
Daban çatlamalarının qarşısını almaq üçün gündəlik olaraq ayaqları nəmləndirmək, rahat və qapalı ayaqqabılara üstünlük vermək vacibdir. Ayaqları mütəmadi olaraq ilıq suda yumşaltmaq və ölü dərini ehtiyatla təmizləmək müsbət nəticə verir.
Əgər daban çatları dərindədirsə, qanayırsa və ya şiddətli ağrılar verirşə, ev şəraitində müalicə kifayət etməyə bilər. Belə hallarda mütləq şəkildə dermatoloqa müraciət etmək və peşəkar tibbi yardım almaq tövsiyə olunur.




