
Dmitri Peskov: Ukrayna düzgün qərarlar verməsə vəziyyəti daha da pisləşəcək
Kremlin sözçüsü Dmitri Peskov Kiyevin danışıqlara hazır olmasının vacibliyini vurğulayaraq, vaxt keçdikcə Ukrayna üçün şərtlərin ağırlaşdığını bildirib.
AzadAzərbaycan xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov "Vesti"yə müsahibəsində Ukrayna böhranı və dinc nizamlama prosesi ilə bağlı vacib açıqlamalar verib. O, prosesin gedişatının böyük dərəcədə rəsmi Kiyevin tutduğu mövqedən və sülh danışıqlarına nə dərəcədə meyilli olmasından asılı olduğunu bildirib.
Kreml rəsmisi çıxışında ABŞ Prezidenti Donald Trampın bu mövzudakı fikirlərini də xatırladıb. Onun sözlərinə görə, Tramp Ukraynanın bir-iki il əvvəl razılığa gələcəyi təqdirdə daha münasib şərtlərlə sülh əldə edə biləcəyini olduqca aydın şəkildə ifadə edib.
Peskov qeyd edib ki, ötən müddət ərzində Kiyevin mövqeyi və mövcud durumu daha da pisləşib və hər keçən gün vəziyyət onların əleyhinə işləyir. O vurğulayıb ki, əgər Ukrayna rəhbərliyi hazırda tələb olunan zəruri addımları atıb qərarlar qəbul etməsə, gələcəkdə vəziyyət onlar üçün daha da acınacaqlı olacaq.




