
ABŞ Yaxın Şərqdə gərginlik fonunda bəzi diplomatlarını təxliyə edir
Bölgədə təhlükəsizlik risklərinin artması ilə əlaqədar Birləşmiş Ştatlar Yaxın Şərq ölkələrindəki bəzi diplomatik işçilərini geri çağırır.
AzadAzərbaycan xəbər verir ki, Birləşmiş Ştatlar regionda vəziyyətin kəskinləşməsi təhlükəsi qarşısında Yaxın Şərq ölkələrindən bəzi diplomatik missiya əməkdaşlarının və onların ailə üzvlərinin təxliyyəsini həyata keçirir.
CNN telekanalının yaydığı məlumata əsasən, oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubioya göndərilən memorandumda ölkə kəşfiyyatının İranın potensialının əhəmiyyətli dərəcədə artdığını qeydə aldığı vurğulanır.
Bununla belə, diplomatik xidmət nümayəndələri prosesin kifayət qədər xaotik təşkil olunduğundan və maliyyə dəstəyinin yetərsizliyindən narazılıqlarını ifadə ediblər.




