
Vladimir Zelenski Ukrayna, ABŞ və Rusiya görüşünün vaxtını açıqladı
Redaksiya1 dəq oxu
Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə ilk texniki görüş noyabrın ilk yarısında Əbu-Dabidə baş tutacaq.
Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında üçtərəfli formatda ilk texniki müzakirələr gələn ayın əvvəlində gerçəkləşəcək.
AzadAzərbaycan xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, tədbir Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunacaq.
Dövlət başçısı qeyd edib ki, bu texniki mərhələdən sonra üç ölkənin liderlərinin qatılacağı zirvə görüşünün keçirilməsi də istisna edilmir.




