
Moskvanın əsas hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb
Redaksiya1 dəq oxu
Moskvanın Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski aeroportlarında təhlükəsizlik tədbirləri səbəbindən uçuşlara məhdudiyyətlər qoyulub.
AzadAzərbaycan xəbər verir ki, Moskvanın Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarının fəaliyyətində müvəqqəti fasilələr yaranıb.
Federal Hava Nəqliyyatı Agentliyinin yaydığı rəsmi açıqlamaya əsasən, qeyd olunan aeroportlarda təyyarələrin qəbulu və yola salınması prosesi dayandırılıb.
Qurumdan bildirilib ki, bu cür məhdudlaşdırıcı addımların atılmasında əsas məqsəd mülki aviasiyanın və sərnişinlərin təhlükəsizliyinin tam təmin olunmasıdır.




