
Yaşar Gülər: Türkiyə husilərlə birbaşa hərbi toqquşmaya girməyəcək
Redaksiya1 dəq oxu
Türkiyə Səudiyyə Ərəbistanına dəstək versə də, Yəməndəki husi qüvvələri ilə hərbi qarşıdurmaya girməyi planlaşdırmır.
AzadAzərbaycan xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkəsinin Yəməndəki husi qüvvələri ilə hərbi qarşıdurmaya girməyəcəyini açıqlayıb.
Nazir bildirib ki, Səudiyyə Ərəbistanına göstərilən dəstəyin əsas məqsədi çəkindirmə siyasətinin həyata keçirilməsidir və husilərlə hər hansı toqquşma nəzərdə tutulmur.
Onun sözlərinə görə, Ankara Səudiyyə Ərəbistanına Qətərdə olduğu kimi dəstək verməyi planlaşdırır. Əsas prioritet regionda yeni gərginliklərin qarşısını almaq və təhlükəsizliyə töhfə verməkdir.




