
Ukrayna ordusu Rusiyanın müharibədəki canlı qüvvə və texnika itkilərini açıqladı
Redaksiya1 dəq oxu
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərarqahı müharibənin 1705-ci günü üzrə Rusiya ordusunun rəsmi itki statistikasını yeniləyib.
AzadAzərbaycan xəbər verir ki, Ukrayna müharibənin 1705-ci günü üçün Rusiya hərbçilərinin və döyüş texnikasının məhv edilən sayını yeniləyib.
Məlumatda qeyd olunur ki, Rusiya tərəfi münaqişə ərzində ümumilikdə 1 578 450 hərbçi itki verib.
Bununla yanaşı, döyüş meydanında 12 447 tank, 25 605 zirehli döyüş maşını, 51 614 artilleriya sistemi, həmçinin yüzlərlə təyyarə, helikopter və digər hərbi texnika sıradan çıxarılıb.




