
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevə Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə bu ölkənin milli bayramı – Respublika Günü münasibətilə təbrik məktubu göndərib. Dövlət başçısı şəxsən öz adından və Azərbaycan xalqı adından qazax xalqına ən xoş arzularını ifadə edib.
Məktubda Qazaxıstanın yürüdülən məqsədyönlü siyasət nəticəsində hərtərəfli inkişaf etdiyi, iqtisadi potensialını artırdığı və beynəlxalq arenada böyük nüfuz qazandığı vurğulanıb. Prezident İlham Əliyev qardaş ölkənin ildən-ilə əldə etdiyi yeni uğurlardan məmnunluğunu bildirib.
Azərbaycan lideri müntəzəm səfərlərin, fəal dialoqun və yüksək səviyyəli görüşlərin müttəfiqlik münasibətlərinin möhkəmlənməsində böyük rol oynadığını diqqətə çatdırıb. Həmçinin, Kasım-Jomart Tokayevin bu yaxınlarda AQEM-in 7-ci Zirvə Görüşü çərçivəsində Azərbaycana etdiyi səfər yüksək qiymətləndirilib.
Məktubun sonunda İlham Əliyev iki ölkə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirərək, Kasım-Jomart Tokayevə möhkəm cansağlığı və fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına isə rifah arzulayıb.




