
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı
Hörmüz boğazının cənub marşrutu ilə hərəkət edən iki neft tankeri dəniz minalarına düşərək partlayışa məruz qalıb.
AzadAzərbaycan xəbər verir ki, Hörmüz boğazında iki neft tankeri minaya düşərək partlayıb. Bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
Bildirilib ki, boğazın cənub istiqaməti ilə üzən iki supertanker müəyyən edilmiş qaydalara məhəl qoymadan keçid etməyə cəhd göstərib. Nəticədə gəmilər dəniz minalarına çırpılaraq partlayışa səbəb olub.
Açıqlamaya əsasən, insidentdən dərhal sonra hər iki gəminin heyət üzvləri təhlükəsizlik məqsədilə tankerləri tərk ediblər.
Məlumata görə, sözügedən gəmilər ümumilikdə dörd milyon yarımdan çox barel xam neft daşıyıb. Hadisə zamanı xəsarət alanların olub-olmaması və suya neft sızımasının qeydə alınıb-alınmaması hələlik dəqiqləşdirilməyib.




