
Tovuz rayonunda avtomobilin vurdğu piyada xəstəxanada ölüb
Bakı-Qazax magistral yolunun Tovuz rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib, minik avtomobilinin vurduğu piyada həyatını itirib.
AzadAzərbaycan xəbər verir ki, Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili yolu keçmək istəyən Tovuz rayon sakini, 46 yaşlı A.Əsgərovu vurub.
Ağır xəsarətlər alan piyada dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.




