
Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Hava proqnozu
Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
AzadAzərbaycan xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzi saatlarda tutulacaq, lakin əsasən yağmursuz keçəcək.
Bununla belə, gecə və səhər saatlarında yarımadanın ayrı-ayrı yerlərində qısamüddətliyağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Bölgədə şimal-şərq küləyi üstünlük təşkil edəcək. Temperatur gecə 13-16, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gündüz saatlarında 60-65 faiz arasında dəyişəcək.
Azərbaycanın rayonlarında da arabir yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır. Yağıntıların səhərə doğru tədricən kəsiləcəyi bildirilir. Bəzi bölgələrdə duman müşahid olunacaq, şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gündüz 17-20 dərəcə, dağlıq ərazilərdə isə 5-9 dərəcə isti təşkil edəcək.




