
ABŞ-da universitet yaxınlığında atışma: Onlarla yaralı var
ABŞ-ın Florida ştatında baş verən silahlı insident zamanı 12 nəfər xəsarət alıb, yaralılar arasında azyaşlılar da var.
ABŞ-ın Florida ştatının Tallahassi şəhərində yerləşən Florida A&M Universitetinin stadionu yaxınlığında silahlı insident qeydə alınıb. Hadisə nəticəsində ümumilikdə 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
AzadAzərbaycan xəbər verir ki, xəsarət alanların yarıdan çoxu, yəni 6 nəfəri yetkinlik yaşına çatmayan şəxslərdir. Məlumata əsasən, yaralananlardan 11 nəfəri güllə zədəsi alıb və onlardan 3 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin futbol matçının başa çatmasından dərhal sonra baş verdiyi bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik şübhəli şəxsin yaxalanması ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.




