
Tayvan sahillərində 5,6 bal gücündə zəlzələ baş verib
Redaksiya1 dəq oxu
Tayvanın şimal-şərq sahillərində 5,6 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Hələlik dağıntı və ya xəsarət alanlar barədə məlumat yoxdur.
AzadAzərbaycan xəbər verir ki, Tayvanın şimal-şərq sahil xəttində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Tayvan Mərkəzi Meteorologiya İdarəsinin yaydığı məlumata əsasən, təbii fəlakətin episentri dənizdə, İlan şəhərinin 39,4 kilometr şərq istiqamətində yerləşib.
Yeraltı təkanlar İlan və Hualyan rayonlarının bir neçə bölgəsində daha güclü hiss olunub.
Hadisə nəticəsində qeydə alınan hər hansı dağıntı və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.




