
Britaniya parlamentində Rusiyanın təhlükəsizlik qurumları müzakirə olunub
Britaniyanın İcmalar Palatasında Rusiya xüsusi xidmət orqanlarının Ukraynadakı əməliyyatlarından bəhs edən sənədli film nümayiş olunub.
AzadAzərbaycan xəbər verir ki, Britaniyanın İcmalar Palatasında fəalların “Məhkumlar: Cəlladlar” adlı sənədli filminin nümayişi keçirilib.
Ekran əsəri Rusiya təhlükəsizlik qüvvələrinin Ukraynanın işğal olunmuş bölgələrində törətdiyi əməllərin miqyasını və sistemli xarakterini əks etdirir.
Tədbir iştirakçıları baxışdan sonra Ukraynanın dinc əhalisinə qarşı törədilən cinayətlərə görə məsuliyyət məsələlərini müzakirə ediblər. Onlar Federal Təhlükəsizlik Xidməti, Federal Penitensiar Xidmət və Rusiya Qvardiyasının terror təşkilatı kimi tanınmasının vacibliyini vurğulayıblar.
Film rus əsirliyindən xilas olan ukraynalıların ifadələrinə, həmçinin adam oğurluğu, işgəncə və məcburi əmək faktlarına əsaslanır. İcmalar Palatasının üzvü Aleksandr David Sobel də təşəbbüsü dəstəklədiyini bildirib.




