
Rusiya açıqladı: Avropa İttifaqı üçtərəfli danışıqlara qatılmayacaq
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Avropa İttifaqının Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda iştirak etməyəcəyini bəyan edib.
Rusiya, Amerika Birləşmiş Ştatları və Ukrayna arasında planlaşdırılan üçtərəfli görüşlərdə Qərb dövlətlərinin təmsil olunmayacağı bildirilib. AzadAzərbaycan xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov rəsmi açıqlama verib.
Məlumata görə, Rusiya, ABŞ və Ukrayna arasında gözlənilən üçtərəfli danışıqların noyabrın 4-də Əbu-Dabidə təşkil olunması nəzərdə tutulur.
Bundan əvvəl Avropa İttifaqının Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək bu görüşə öz nümayəndə heyətini göndərmək niyyətində olduğu barədə xəbərlər yayılmışdı. Lakin Rusiya tərəfi bu ehtimalı tamamilə istisna edib.




