
Şəbnəm Tovuzlu Parisdən aldığı 1800 dollarlıq çantadan danışdı
Tanınmış müğənni Şəbnəm Tovuzlu Paris səfəri zamanı 1800 dollara aldığı çantanı qızının sərt şəkildə qınadığını açıqlayıb.
AzadAzərbaycan xəbər verir ki, məşhur müğənni Şəbnəm Tovuzlunun Paris səfərində həyata keçirdiyi dəbdəbəli alış-veriş sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Sənətçi qonaq olduğu televiziya verilişində Fransa səfəri zamanı qızı Günellə başından keçən maraqlı əhvalatı bölüşüb. O, paytaxtın məşhur brend mağazalarından birindən min səkkiz yüz dollara kiçik ölçülü çanta aldığını etiraf edib.
Tovuzlunun sözlərinə görə, onun bu qədər pul xərcləməsi övladının narazılığına səbəb olub və qızı ona irad tutub. Hətta qayıdış zamanı təyyarədə də bu mövzu müzakirə edilib.
İfaçı yaxınlarının zarafatla ona Parisdə bir gün də artıq qalsalar hər şeyi pulsuz əldə edə biləcəklərini söylədiklərini də diqqətə çatdırıb.




