
BMT rəsmisi Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsini yüksək qiymətləndirib
BMT-nin rəsmi nümayəndəsi Anaklaudia Rossbax Azərbaycanda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətini xüsusi vurğulayıb.
AzadAzərbaycan xəbər verir ki, oktyabrın 27-də Meksika Senatında 2026-cı il üçün nəzərdə tutulan Dünya Şəhərləri Hesabatının ispan dilində təqdimat mərasimi təşkil olunub.
Tədbir çərçivəsində BMT Baş katibinin müavini və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax çıxış edərək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsini yüksək dəyərləndirdiyini bildirib.
Toplantıda həmçinin Bakıda gerçəkləşən çoxşaxəli və səmərəli danışıqların platformasının gələcək ev sahibi olan ölkələr tərəfindən də eyni qaydada davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.




