
Robert Köçəryanın oğlunun həbs müddəti yenidən artırılıb
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanın həbs müddəti daha iki ay uzadılıb.
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi sabiq prezident Robert Köçəryanın oğlu Sedrak Köçəryan barəsində tətbiq edilən həbs qətimkan tədbirinin müddətini daha iki ay artırmaq barədə qərar qəbul edib.
AzadAzərbaycan xəbər verir ki, bu barədə məlumatı təqsirləndirilən şəxsin vəkili Hakob Küreqyan ictimaiyyətə açıqlayıb.
Xatırladaq ki, sabiq dövlət başçısı Robert Köçəryan və digər doqquz nəfər vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, külli miqdarda rüşvət almaq və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulmasında təqsirləndirilirlər. Aparılan istintaq çərçivəsində Köçəryanın ailəsinə məxsus müxtəlif daşınmaz əmlakların üzərinə də həbs qoyulub.




