
Sabah ölkə ərazisində hava şəraiti dəyişəcək, bəzi yerlərdə yağış yağacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 24-də Azərbaycanın bəzi bölgələrində yağışlı hava şəraiti müşahid olunacaq.
AzadAzərbaycan xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, oktyabrın 24-də ölkənin bəzi ərazilərində yağış yağacağı gözlənilir.
Bakı şəhəri və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, zaman-zaman tutulacağı, lakin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, gecə və səhər saatlarında yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli yağış yağması ehtimalı mövcuddur. Mülayim şimal-şərq küləyi hakim olacaq. Havanın temperaturu gecə saatlarında 15-17° isti, gündüz isə 19-22° isti təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütununa bərabər olacaq, nisbi rütubət isə 65-75 faiz arasında dəyişəcək.
Bölgələrdə də hava şəraitinin arabir yağmurlu keçəcəyi bildirilir. Ayrı-ayrı rayonlarda yağıntıların leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi gözlənilir. Gecə və səhər vaxtlarında bəzi yerlərdə duman müşahid olunacaq. Şərq küləyi mülayim sürətlə əsəcək.
Rayonlarda havanın temperaturunun gecə 13-17° isti, gündüz 18-22° isti, dağlıq bölgələrdə isə gecə 5-9° isti, gündüz 9-14° isti olacağı proqnozlaşdırılır.




