
Məşhur türk aktrisa yeni serialında qeyri-adi obrazı ilə diqqət çəkib
Redaksiya1 dəq oxu
“Kızılcık Şerbeti” serialı ilə tanınan aktrisa Selin Türkmen yeni layihəsində fərqli rolda çıxış edəcək.
Türkiyəli tanınmış aktrisa Selin Türkmen yeni ekran işində canlandırdığı obrazla izləyiciləri təəccübləndirməyə hazırlaşır.
O, populyar “Kızılcık Şerbeti” serialındakı Çimen rolu ilə şöhrət qazandıqdan sonra “Exxen” platformasında yayımlanacaq “Karma” layihəsində çəkilib.
Yeni serialda Cansu adlı dirək rəqqasəsini canlandıracaq aktrisa bu rola yiyələnmək üçün intensiv rəqs dərsləri alıb.
Selin Türkmenin əvvəlki mühafizəkar obrazından kəskin şəkildə fərqlənən bu yeni xarakteri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.




