
Məşhur amerikalı aktyor Tom Skeritt 93 yaşında vəfat edib
Redaksiya1 dəq oxu
Hollivudun tanınmış aktyorlarından biri olan Tom Skeritt 93 yaşında dünyasını dəyişib.
Amerikanın tanınmış aktyoru Tom Skeritt 93 yaşında həyata gözlərini yumub.
Kino aləminə ilk qədəmlərini 1962-ci ildə "The War Hunt" filmi ilə qoymuş aktyor u uzun illər ərzində müxtəlif yaddaqalan obrazlar yaradıb.
O, daha çox dünya şöhrətli "Əcnəbi" ("Alien") ekran əsərində canlandırdığı "Nostromo" kosmik gəmisinin kapitanı Artur Dallas rolu ilə izləyicilərin rəğbətini qazanmışdı.




