
Rusiyalı bloqerdən rəsmi şəxsin təklifinə sərt və istehzalı reaksiya
Rusiya Prezidentinin müşavirinin məktəb yeməkxanalarında pizzanın qadağan olunması təklifi sosial şəbəkələrdə kəskin etirazla qarşılanıb.
Rusiya Prezidentinin müşaviri Yelena Yampolskaya məktəb yeməkxanalarında pizzanın menyuya daxil edilməsinə qarşı çıxıb. O bildirib ki, təhsil müəssisələrində bu cür qidaların olması yolverilməzdir.
Bu açıqlamadan sonra məşhur rusiyalı bloqergünəmüzdəki bir sıra mədəni və tarixi məqamlara toxunaraq istehzalı reaksiya verib. O, dövlət siyasətinin yalnız pizza ilə məhdudlaşmamalı olduğunu, həmçinin digər xarici məhsulların da qadağan edilməli olduğunu qeyd edib.
Bloqer həmçinin Rusiyanın tarixi abidələrinin, o cümlədən Kremlin və Sankt-Peterburqdakı bir çox memarlıq incilərinin xarici memarlar tərəfindən tikildiyini xatırladaraq, məntiqin ardınca getməklə bağlı sərt iradlar səsləndirib.
Yazıda həmçinin rus mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin müxtəlif dövrlərdə Qərb, xüsusilə də İtaliya mədəniyyəti ilə sıx bağlı olduğu diqqətə çatdırılıb.




