
Londondan Sofiyaya uçan sərnişin təyyarəsi Budapeştdə təcili eniş edib
İngiltərədən Bolqarıstana hərəkət edən sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən Macarıstanda yerə enməyə məcbur olub.
İngiltərənin paytaxtı Londondan Bolqarıstanın paytaxtı Sofiyaya istiqamət alan “Wizz Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi təcili olaraq Budapeşt hava limanında eniş edib.
Macarıstanın müdafiə naziri Romuluş Ruşin-Sendi bildirib ki, hava gəmisində partlayıcı qurğunun olması barədə məlumat daxil olub. Bundan dərhal sonra qırıcı təyyarələr havaya qaldırılaraq sərnişin təyyarəsini müşayiət edib və onu Budapeştə yönləndiriblər.
Hava limanına uğurla və təhlükəsiz şəkildə enən təyyarədən bütün sərnişinlər dərhal təxliyə edilib. Təhlükəsizlik qüvvələri tərəfindən göyərtədə lazımi axtarış tədbirlərinə başlanılıb.




