
FHN-in Gəncə Regional Mərkəzinə yeni rəis təyin olunub
Redaksiya1 dəq oxu
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə nazirliyin strukturunda yeni kadr təyinatları həyata keçirilib.
AzadAzərbaycan xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Ramin Orucov FHN-in Gəncə Regional Mərkəzinin rəisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, Ramin Orucov bu təyinata qədər Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinə rəhbərlik edib.
Bununla yanaşı, Gəncə Regional Mərkəzinin əvvəlki rəisi Rövşən Nəbiyev də tutduğu vəzifədən azad edilərək Qəbələ Regional Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb.




