
Bakının iki rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Paytaxtın Yasamal və Nizami rayonlarının bəzi küçələrində aparılacaq təmir işləri ilə əlaqədar olaraq işıq verilişi müvəqqəti məhdudlaşdırılacaq.
AzadAzərbaycan xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının ödənilməsi məqsədilə noyabrın 5-də paytaxtın bəzi ərazilərində təmir-təftiş işləri həyata keçiriləcək.
Azərişıq ASC-dən verilən məlumata görə, işlər Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin xidməti ərazilərini əhatə edəcək və bu səbəbdən bir sıra Transformator Məntəqələrində fasilələr yaranacaq.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Qurban Xəlilov küçəsi, Moskva prospekti və Birinci Alatava yaşayış massivinin müəyyən hissəsində işıq olmayacaq. Nizami rayonunda isə Əli Vəliyev küçəsi və Qara Qarayev prospektinin bəzi ünvanlarında saat 10:00-dan 14:00-dək enerjinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Təmir işləri başa çatdıqdan sonra abonentlərin daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı bərpa ediləcək.




