
Vətən Müharibəsi Qəhrəmanına ali hərbi rütbə təqdim olundu
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini Füzuli İmrəliyevə general-mayor ali hərbi rütbəsi verilib.
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini, polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb.
AzadAzərbaycan xəbər verir ki, ona general-mayor ali hərbi rütbəsi verilib.
Xatırladaq ki, o, Vətən müharibəsi dövründə Daxili Qoşunların “Kobra” Xüsusi Təyinatlı Dəstəsinin komandiri vəzifəsini yerinə yetirib. Hadrut və Şuşa istiqamətindəki döyüşlərdə fəal iştirak edən Füzuli İmrəliyev Daşaltı əməliyyatı zamanı yaralanıb.
O, 2020-ci il dekabrın 9-da ölkə başçısının sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.




