
Dövlət Gömrük Komitəsi qeyri-iş günlərində işləyəcək
Redaksiya1 dəq oxu
Qarşıdan gələn qeyri-iş günlərində malların gömrük rəsmiləşdirilməsinin operativ təmin edilməsi üçün DGK-nın müvafiq qurumları növbəli rejimdə fəaliyyət göstərəcək.
AzadAzərbaycan xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları noyabrın 9-da və 10-da növbəli qaydada fəaliyyət göstərəcək.
Komitədən verilən məlumata görə, bu addım qarşıdan gələn qeyri-iş günlərində malların gömrük rəsmiləşdirilməsinin operativ şəkildə həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.




