
Fars körfəzində Qətərə məxsus QAZ tankerinə hücum edilib
Redaksiya1 dəq oxu
Qətərin "Nakilat" şirkətinə məxsus "Əl-Mayeda" mayeləşdirilmiş təbii qaz tankeri Fars körfəzində hücuma məruz qalıb.
AzadAzərbaycan xəbər verir ki, Qətərin "Nakilat" gəmiçilik şirkətinə məxsus olan "Əl-Mayeda" mayeləşdirilmiş təbii qaz tankerinə Fars körfəzində hücum olunub.
Şirkətin yaydığı rəsmi məlumatda qeyd olunub ki, insident nəticəsində gəmi heyətinin üzvlərindən heç kim xəsarət almayıb və ətraf mühitə zərər dəyməyib.
Hazırda tankerin tam işlək və təhlükəsiz vəziyyətdə olduğu, hadisənin yetirdiyi zərərin qiymətləndirildiyi bildirilir.
"Nakilat" şirkəti regiondakı dəniz təhlükəsizliyi qurumları və gəmi heyəti ilə sıx əlaqə saxlayaraq vəziyyəti nəzarətdə saxlayır.




