
Dortmund Borussiyası Azərbaycanla bağlı diqqətçəkən video paylaşıb
Redaksiya1 dəq oxu
UEFA Çempionlar Liqasında Bakının "Sabah" klubuna rəqib olan Almaniyanın "Borussiya" (Dortmund) komandası sosial şəbəkədə Azərbaycanla bağlı kadrlar nümayiş etdirib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində Bakıda "Sabah" komandası ilə qarşılaşacaq Almaniyanın məşhur "Borussiya" (Dortmund) klubu rəsmi sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
AzadAzərbaycan xəbər verir ki, Almaniya təmsilçisinin təqdim etdiyi videonun musiqi tərtibatında Azərbaycan milli komandasının futbolçularının adları səsləndirilib.
Almaniya klubu həmin görüntüləri "Bu mahnı bütün gecə beynimə həkk olunacaq" qeydi ilə izləyicilərinə təqdim edib.
