
Donald Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Moskva ilə Ukrayna münaqişəsinin həlli istiqamətində razılıq əldə olunmasa, sanksiyalar sərtləşdirilə bilər.
AzadAzərbaycan xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Moskvanın Rusiya-Ukrayna münaqişəsinin həlli üçün razılığa gələ bilməyəcəyi təqdirdə, istənilən vaxt Rusiyaya qarşı məhdudiyyətləri sərtləşdirməyə hazır olduğunu açıqlayıb.
Amerika lideri respublikaçı senator Lindsi Qremmin təşəbbüsü ilə hazırlanan qanun layihəsi çərçivəsində yeni sanksiyaların tətbiqindən niyə imtina etməsi ilə bağlı sualları cavablandırarkən qeyd edib ki, onun istənilən an dərhal addım atmaq səlahiyyəti var.
Tramp hazırda əlavə sanksiyaların tətbiqini planlaşdırmadığını, çünki Moskva ilə danışıqların davam etdiyini vurğulayıb. O, danışıqlar prosesi gedərkən bu cür addımların atılmasının məqsədəuyğun olmadığını bildirib.
Amerika lideri həmçinin respublikaçı həmkarlarının əksəriyyətinin yeni məhdudiyyətlərin hələlik tətbiq edilməməsi qərarını anlayışla qarşıladığını və ona etibar etdiklərini diqqətə çatdırıb.




