
Bakının bir sıra rayonlarında və bölgələrdə işıq olmayacaq
Oktyabrın 20-də paytaxtın Yasamal rayonunda, həmçinin Ağdaş, Göyçay və Yevlax rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
AzadAzərbaycan xəbər verir ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bu barədə Azərişıq ASC məlumat yayıb.
Görüləcək işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Lev Tolstoy, Nazim Hikmət, Rahib Tağıyev, Süleyman Tağızadə, Ümid Əkbərov, Vasif Əliyev, Zərgərpalan küçələrində, eləcə də Azərbaycan prospektinin bir hissəsində işıq verilişi məhdudlaşdırılacaq.
Bununla yanaşı, Ağdaş rayonunda 10 kV-luq Ərəbocağı və 2 saylı şəhər hava xətlərində təmir işləri aparılacaq. Buna görə də Cəfər Cabbarlı, İmadəddin Nəsimi, M.Əfəndiyev, Molla Pənah Vaqif küçələri, Su-18 yaşayış massivi və Ərəbocağı kəndinin bir hissəsində saat 10:00-dan 16:00-dək elektrik enerjisi olmayacaq.
Göyçay rayonunun Alıkənd, Qaraxıdır, Qaraman, Ləkçılpaq, Mırtı, Yalman kəndlərinin bəzi ərazilərində isə saat 10:00-dan 15:00-dək hava xəttinə toxunan ağacların budanması və transformator məntəqəsində icra ediləcək təmir işləri ilə əlaqədar qısamüddətli fasilələr yaranacaq.
Yevlaxda da 110/35/6 kV-luq Mingəçevir yarımstansiyasından çıxan 6 kV-luq bəzi fiderlərdə təmir işləri həyata keçiriləcək. Planlı fasilə saat 10:00-dan 15:00-dək Aşağı Salamabad, Bəydili, Əcəmi, Əkşəm, Gülövşə, Hacıselli, Havarlı, Marzılı və Yuxarı Salamabad kəndlərini əhatə edəcək.



