
Avropa Mərkəzi Bankının rəhbərindən Putinə sərt mesaj: Sülh çağırışı
Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard Rusiya rəsmisindən müharibənin qlobal iqtisadiyyata vurduğu zərəri Putinə çatdırmağı tələb edib.
AzadAzərbaycan xəbər verir ki, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard Ukraynadakı hərbi əməliyyatlar fonunda Rusiya hakimiyyətinə ünvanlanan sərt mesajlar verib.
Beynəlxalq Valyuta Fondunun qapalı iclası çərçivəsində baş tutan görüşdə Laqard Rusiya nümayəndəsi Anton Siluanovdan Vladimir Putinə müharibənin qlobal iqtisadiyyata ağır ziyan vurduğunu çatdırmağı xahiş edib. O, iqtisadi inkişafın yalnız sülh mühitində mümkün olduğunu vurğulayıb.
Qapalı formatda keçirilən müzakirələrin təfərrüatları mənbələr tərəfindən medianın diqqətinə çatdırılıb. AMB rəhbəri münaqişənin fəsadlarının Ukrayna sərhədlərini aşdığını, enerji təchizatını zədələdiyini və qiymətlərdə qeyri-sabitlik yaratdığını qeyd edib.
Laqard həmçinin şəffaflıq, proqnozlaşdırıla bilənlik və qanunun aliliyinə əsaslanan beynəlxalq iqtisadi nizamın tərəfdarı olduğunu bildirərək, təcavüzkar siyasətin uzunmüddətli inkişafa maneə töratdiyini diqqətə çatdırıb.


