
Sabah bu gün Çempionlar Liqasında Dortmund Borussiyasını qəbul edəcək
UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan "Sabah" bu gün üçüncü tur çərçivəsində Almaniyanın "Borussiya" klubunu sınağa çəkəcək.
AzadAzərbaycan xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçını bu gün keçirəcək "Sabah" komandası Almaniyanın tanınmış "Borussiya" (Dortmund) kollektivi ilə qarşılaşacaq.
Valdas Dambrauskasın rəhbərlik etdiyi təmsilçimiz turnirin III turu çərçivəsində baş tutacaq bu oyunda azarkeşlər önündə uğurlu nəticə qazanmağa çalışacaq.
Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də start götürəcək və matçın əsas ədalət təmsilçisi ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas olacaq.
Qeyd edək ki, hazırda Liqa mərhələsinin turnir cədvəlində hər iki komandanın hesabında 3 xal var. "Sabah" 22-ci, almaniyalı qonaqlar isə 18-ci pillədə qərarlaşıblar.

